Səfir: Azərbaycan İordaniya ilə tikinti və mənzil sahəsində əməkdaşlıqda maraqlıdır
Siyasət
122
16:00, Bu gün

Səfir: Azərbaycan İordaniya ilə tikinti və mənzil sahəsində əməkdaşlıqda maraqlıdır

İordaniyanın ictimai işlər və mənzil tikintisi naziri Əhməd Əbul Samən Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovla görüşüb, tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə İordaniya KİV-i məlumat yayıb.

Nazir iki ölkə arasındakı güclü diplomatik münasibətlərin praktiki və səmərəli tərəfdaşlığa çevrilməsinin, xüsusilə iqtisadi artıma töhfə verən sektorlarda əhəmiyyətini vurğulayıb.

O, nazirliyin mənzil tikintisi, infrastrukturun inkişafı sahələrində strateji layihələr və təşəbbüslər üzrə planlarını bölüşüb, İordaniyanın Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Səfir öz növbəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi imkanını alqışlayıb, Azərbaycanın tikinti sahəsində, eləcə də mənzil proqramlarında birgə layihələrdə və təşəbbüslərdə daha fəal iştirak etməyə hazır olduğunu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər