Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq
Siyasət
301
16:50, Bu gün

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Nazirlər Kabineti "Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nın və "Dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"  10 sentyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib. 

Moderator.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi) əlavə edilib. 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər