01:51
20°C
Bakı
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.
Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmalar müzakirə olunub, həmçinin Ermənistan-Aİ əməkdaşlığının gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.