Paşinyan Çində zala niyə Azərbaycan musiqisinin sədaları altında daxil oldu? - VİDEO
Siyasət
287
19:50, Bu gün

Paşinyan Çində zala niyə Azərbaycan musiqisinin sədaları altında daxil oldu? - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində rəsmi qəbulda iştirak ediblər. Görüş zamanı yaşanan musiqili məqam sonradan maraqlı müzakirələrə səbəb olub.

Belə ki, Paşinyan özünün "Facebook" səhifəsində həmin görüşün kadrlarını yayıb. Videoda Paşinyanla Akopyan Çin Sədri Si Cinpin və həyat yoldaşı ilə görüş zalına daxil olarkən Azərbaycan musiqisi səslənir. Mütəxəssislərin rəyinə görə, səslənən ifa Azərbaycanın dünyaşöhrətli müğənnisi Rəşid Behbudovun mahnılarından biridir.

Maraqlıdır ki, musiqi cəmi bir neçə saniyə sonra dayandırılıb. Paşinyanın paylaşımından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində görüntülər böyük maraqla qarşılanıb. İstifadəçilər Paşinyanın zalda məhz Azərbaycan musiqisi ilə qarşılanmasını təsadüfi saymayaraq, bunu simvolik bir məqam kimi dəyərləndiriblər.

Beləliklə, Çində baş tutan rəsmi qəbulun ən çox danışılan tərəfi Paşinyanın özü ilə yanaşı, arxa planda səslənən Azərbaycan musiqisi olub.

Ətraflı Baku TV-nin videomaterialında:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər