Paşinyan:
Siyasət
108
18:10, Bu gün

Paşinyan: "Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir"

Ermənistan Respublikası Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan “ŞƏT+” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

Çıxış zamanı Paşinyan Ermənistanın Azərbaycanla əldə etdiyi razılaşmalara sadiq olduğunu bir daha bəyan edib: “Ermənistanın əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz bu razılaşmaları mümkün qədər tez həyata keçirmək əzmindəyik. Bütün bunların nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər