Ərdoğan ŞƏT-in sammitində iştirak etmək üçün Çində səfərdədir - VİDEO
Siyasət
1573
31 Aug 2025 | 10:02

Ərdoğan ŞƏT-in sammitində iştirak etmək üçün Çində səfərdədir - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinin Tiencin şəhərinə səfər edib.

Moderator.az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.

Bildirilir ki, bu il təşkilatın tarixindəki ən böyük sammitdə 20-dən çox xarici ölkə lideri iştirak edir. Pekin bəyan edib ki, Çin və Türkiyə milli inkişafa nail olmaqla bağlı ümumi razılığa malikdirlər.

Qeyd olunur ki, Türkiyə prezidentinin başda Çin Xalq Respublikasının Sədri Si Cinpin olmaqla digər ölkə liderləri ilə görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılmış beynəlxalq təşkilatdır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər