Kanadalı qonaq Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvlərinin Cenevrədəki aksiyasını dəstəkləyib
Siyasət
2556
30 Aug 2025 | 18:35

Kanadalı qonaq Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvlərinin Cenevrədəki aksiyasını dəstəkləyib

Kanadadan olan Culi adlı turist BMT-nin Cenevrədəki binasının yanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların ailələrinin təşkil etdiyi aksiyaya marağını ifadə edib.

"Report"un Avropa bürosu qonaqdan niyə maraq göstərdiyini soruşduqda, o bildirib ki, Kanadada belə problemlər olmasa da, bu, insanları laqeyd qoymamalıdır.

"Kanadada biz bütün dünyada baş verən dəhşətlər haqqında eşidirik. Xoşbəxtəm ki, hazırda ölkəmizdə belə faciələrlə üzləşmirik. Onlar Kanadanın tarixində ölkənin yerli əhalisinə münasibətdə baş verib. Amma başa düşürəm ki, belə şeylər haqqında öyrənməyə davam etmək vacibdir", - Culi deyib.

Qeyd edək ki, 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günündə "Qarabağ İtkin Ailələri" İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər sarayı" meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi "Sınıq stul" abidəsi qarşısında aksiya keçirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər