İlham Əliyev Daniel Noboanı təbrik etdi
1230
09 May 2025 | 12:21

İlham Əliyev Daniel Noboanı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının Prezidenti Daniel Noboa Azinə təbrik məktubu göndərib.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
 
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
Link kopyalandı!
Son xəbərlər