Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Azərbaycan tərəfinə Bakıdakı "Rus Evi" ətrafında yaranan vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflər təqdim edib və konstruktiv qarşılıqlı yanaşma gözləyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində bu mövzuda çıxış edib.
"Bakıdakı "Rus Evi" ətrafında yaranan vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflərimiz tərəfdaşlarımıza təqdim edilib. Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və tezliklə hansısa kompromis həll ilə çıxış edicəyinə ümid edirik", - deyə o qeyd edib.