Bizi sosial şəbəkələrdən izləyin:
“Rossotrudniçestvo”nun Rus Evinin Bakıdakı nümayəndəliyi ətrafında yaranmış vəziyyətin həlli üçün Rusiya Federasiyası Azərbaycana təkliflər təqdim edib.
Moderator.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib .
Onun sözlərinə görə, Moskva Bakının konstruktiv yanaşmasına və tezliklə kompromis həllinə ümid edir.
Diplomat həmçinin bəyan edib ki, Rus Evi ətrafındakı vəziyyət Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan paytaxtına son səfəri zamanı müzakirə olunub.
Fevralın 3-də Azərbaycan Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib. Ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, Azərbaycan tərəfi Moskvadan qarşılıqlı addımlar gözləyir.