Paşinyan İlham Əliyevə müraciət etdi
Siyasət
1807
20 Mar 2025 | 10:21

Paşinyan İlham Əliyevə müraciət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə sülh sazişinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.
 
Bu barədə o, "Telegram" kanalında yazıb.
 
"Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən Azərbaycan prezidenti İlham Əliyevə Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edirəm", - Ermənistanın baş naziri yazıb.
 
Ötən gün Paşinyan iki paylaşım edərək, sülh sazişi imzalamağa hazır olduğunu qeyd edib, həmçinin ölkənin Müdafiə Nazirliyinə atəşkəs rejimini pozmamaq barədə göstəriş verdiyini vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər