London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır
Siyasət
1338
18 Mar 2025 | 18:14

London Bakı və İrəvanı tezliklə sülh sazişi imzalamağa çağırır

Britaniya Azərbaycan və Ermənistanı tezliklə sülh sazişi imzalamağa çağırır.
 
Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentdə deyib.
 
 "Azərbaycan və Ermənistan tarixi sülh sazişi üzrə danışıqların yekunlaşdığını elan ediblər. Biz bu mühüm addımı alqışlayırıq və hər iki tərəfi sazişin imzalanması ilə mümkün qədər tez irəliləməyə çağırırıq", - o bildirib.
 
Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər. /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər