Bizi sosial şəbəkələrdən izləyin:
Martın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclasda Fövqəladə Hallar, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.