Bizi sosial şəbəkələrdən izləyin:
Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirir.
Nazir, həmçinin Orta dəhliz barədə danışıb: “Orta dəhlizin əsas keçid nöqtəsi Türkiyədir. Bu dəhlizdə tarixən bir çox iş görülüb, layihələr icra edilib. Biz indi bu dəhlizi daha da gücləndirmək istəyirik”.