Fuad Ələsgərovdan haqqında yayılan xəbərlərə REAKSİYA
Siyasət
747
15 Mar 2025 | 17:53

Fuad Ələsgərovdan haqqında yayılan xəbərlərə REAKSİYA

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.
 
Manset.az yayılan bu xəbərlə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.
 
O, saytımıza eksklüziv açıqlamasında yayılan xəbərləri təkzib edib:
 
“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” - deyə açıqlamasında Fuad Ələsgərov bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər