ƏHD Partiyası Ali Məclisinin iclası keçirildi - FOTOLAR
Siyasət
1575
15 Mar 2025 | 17:45

ƏHD Partiyası Ali Məclisinin iclası keçirildi - FOTOLAR

Martın 15-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirildi.
 
Moderator.az xəbər verir ki, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali Məclis sədri Vaqif Abışov məlumat verdi.
 
İclasda təşkilati işlər, respublikada ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr, bələdiyyə seçkilərinin nəticələri və cari məsələlər müzakirə olundu.
 
Partiyanın Ali Məclisinin və İdarə Heyətinin tərkibinə yeni üzvlər təsdiq edildi.
 
ƏHD Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Respublikada ictimai-siyasi, sosial-iqtisadi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı məruzə etdi.
 
Sədr eyni zamanda sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşması, Amerika Birləşmiş Ştatları daxilində qütbləşmənin, parçalanmanın önə çıxması, bunun dünyaya, eyni zamanda bölgəyə təsirləri barədə və digər məsələlərlə bağlı fikirlərini bölüşdü.
 
Qüdrət Həsənquliyev həmçinin Türk Dövlətləri Təşkilatının güclənməsi, Türkiyə ilə daha sıx inteqrasiyanın vacibliyini diqqətə çatdırdı.
 
Daha sonra ƏHD Partiyasının Təşkilati işlər üzrə katibi Niyaməddin Orduxanlı çıxış etdi. Niyaməddin Orduxanlı bələdiyyə seçkilərinin nəticələri və təşkilati işlərlə bağlı bir sıra məsələlər haqqında məlumat verdi.
 
İclasda həmçinin Ali Məclis üzvlərinin sualları cavablandırıldı.
 
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olundu.
 
Instagram
Dəqiq xəbəri bizdən alın! Gündəmdən xəbəriniz olsun!
Keçid et
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər