Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb
Siyasət
1560
11 Mar 2025 | 14:20

Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Astanaya səfərini əhəmiyyətli adlandırıb.
 
 Kasım-Jomart Tokayev bunu Prezident administrasiyasında Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.
 
"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir. Biz Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər