ABŞ prezidenti Ukraynaya ayrılması nəzərdə tutulan hərbi yardım dayandırıb. Bu qərar Ukrayna-Rusiya müharibəsinin gedişatına ciddi təsir edə bilər. Xüsusilə cəbhədə döyüşlər davam edərkən Kiyevin silah və sursata olan ehtiyacı artır. ABŞ administrasiyasının bu addımı dünya ictimaiyyətində və Ukraynanın əsas tərəfdaşları arasında geniş müzakirələrə səbəb olub.
Bununla yanaşı, keçmiş ABŞ prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə mümkün görüşü də gündəmdədir. Trampın Ukrayna müharibəsinə dair mövqeyi əvvəldən birmənalı olmayıb. O, dəfələrlə bildirib ki, əgər prezident seçilərsə, münaqişəni qısa müddətdə bitirə bilər. Onun Zelenski ilə mümkün görüşü müharibənin gələcək taleyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hadisələrin mürəkəb cərəyan etidiyi bir dövürdə bəzi Ukraynalı politoloq və siyasi analitiklər artıq hər şeyin bitdiyini və Kiyevin məğlubiyyətin astanasında olduğunu qeyd ediblər. Bu məsələ hələlik təsdiqini tapmasa da, ABŞ-nin hərbi yardımı dayandırmasından sonra Ukraynanın müharibənin taleyini dəyişidirmə ehtimallarının azaldığını qeyd ediblər.
Məsələ ilə bağlı Politoloq İlyas Hüseynov News24.az-a açıqlamasında bildirib ki, ABŞ Ukrayna müharibəsinə dair mövqeyini tam aydın şəkildə ortaya qoyub:
"Görüş zamanı ABŞ prezidenti Donald Tramp açıq şəkildə bəyan edib ki, Ukrayna-Rusiya müharibəsi Vaşinqtonun əsas prioritetləri sırasına daxil deyil. Bu açıqlama beynəlxalq aləmdə geniş rezonans doğurub. Trampın bu mövqeyi, ABŞ-nin Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirib-etdirməyəcəyi ilə bağlı suallar yaradır. Adətən bu kimi yüksək səviyyəli görüşlər bağlı qapılar arxasında keçirilir. Lakin bu dəfə görüş açıq şəkildə jurnalistlərin iştirakı ilə baş tutub. Trampın bu addımı isə yalnız Ukraynaya deyil, eyni zamanda Avropa, Rusiya və Çinə ünvanlanan siyasi mesaj kimi qiymətləndirilir."
Politoloq bildirib ki, ABŞ-nin hərbi və siyasi dəstəyinin azalması Ukraynanı olduqca çətin vəziyyətdə qoyacaq. Buna baxmayaraq, Zelenski Avropa liderləri ilə mütəmadi görüşlər keçirir və Avropadan maliyyə dəstəyi almağa çalışır. Lakin bu dəstəyin kifayət qədər olması və müharibənin davam etdirilməsi üçün yetərli olub-olmayacağı sual altındadır.
İlyas Hüseynov qeyd edib ki, bu yanaşma Böyük Britaniyanın daha çox öz maraqlarını qorumağa çalışdığını göstərir. Hüseynovun sözlərinə görə, hazırkı geosiyasi proseslər göstərir ki, hər bir dövlət əsasən öz maraqlarını qoruyur. O qeyd edib ki, ABŞ Ukraynanın nadir metallarının istismarında maraqlıdır və bu məsələ də ikitərəfli münasibətlərdə vacib rol oynayır:
"Bundan əlavə, Böyük Britaniyanın baş naziri ilə keçirilən görüşdən sonra məlum olub ki, Londondan Kiyevə ayrılan maliyyə yardımı kredit formasında veriləcək. Ümumilikdə, ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması və Tramp-Zelenski görüşü beynəlxalq siyasi mənzərəyə ciddi təsir göstərəcək. Hadisələrin gələcək inkişafı isə dünyanın aparıcı dövlətlərinin bu məsələyə yanaşmasından asılı olacaq."