Hikmət Hacıyev Fələstin səfirini qəbul edib
Siyasət
523
04 Mar 2025 | 18:15

Hikmət Hacıyev Fələstin səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.
 
Bu barədə Fələstin səfirliyinin "Facebook" hesabında paylaşım edilib.
 
Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.
 
Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Link kopyalandı!
Son xəbərlər