Numan Kurtulmuş Sahibə Qafarovaya zəng etdi
Siyasət
578
04 Mar 2025 | 17:40

Numan Kurtulmuş Sahibə Qafarovaya zəng etdi

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.
 
Moderator.az-ın məlumatına görə, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.
 
Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.
Link kopyalandı!
Son xəbərlər