Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək
Siyasət
423
03 Mar 2025 | 19:40

Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.
 
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.
 
Səfirin sözlərinə görə, nazir martın 13-15-də paytaxtımızda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.
 
Diplomat xatırladıb ki, bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin görüşü keçirilib və burada geniş spektrli məsələlər müzakirə olunub.
 
“Nazirlər – Georq Georgiyev və Ceyhun Bayramov həmin görüşdə strateji tərəfdaşlığın iqtisadi, ticari və enerji aspektlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər”, - o deyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər