Hikmət Hacıyev Fahrettin Altunla müzakirələr apardı - FOTO
Siyasət
458
25 Feb 2025 | 20:53

Hikmət Hacıyev Fahrettin Altunla müzakirələr apardı - FOTO

Ankarada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altunla görüşüb.
 
Bu barədə Azərbvaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədov məlumat yayıb.
 
Bildiriliub ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlıq, qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Link kopyalandı!
Son xəbərlər