Rus ordusundan Ukraynaya daha bir zərbə: Bu ərazi də nəzarətə götürüldü
Siyasət
1557
21 Feb 2025 | 14:59

Rus ordusundan Ukraynaya daha bir zərbə: Bu ərazi də nəzarətə götürüldü

Rusiya hərbçiləri Çasov Yarın şimal-qərbindəki ərazini nəzarətə götürüb.
 
Bu barədə “RİA Novosti” Cənub qoşun qrupunun tərkibində fəaliyyət göstərən Könüllülər Korpusunun mətbuat xidmətinə istinadən xəbər yayıb.
 
 
 
 
Bildirilri ki, son 24 saat ərzində briqadanın hərbçiləri “Baba Yaqa” tipli 3 ağır PUA-nı vurub, düşmənin 20 pilotsuz uçuş aparatını, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus “T-64” tankını məhv ediblər.
 
“Könüllülər korpusunun tərkibində fəaliyyət göstərən 200-cü motoatıcı briqadanın uğurlu hərəkətləri sayəsində Çasov Yar şəhərinin Severnı mikrorayonu nəzarətə götürülüb. Hazırda korpus bölmələri şəhərin şimal-qərb istiqamətindəki əraziyə tam nəzarət edir”.
 
Hazırda ordunun Ukrayna Silahlı Qüvvələrinin dəmir yolunun cənubundakı mövqelərini tutan bölmələri hücuma məruz qalır. Çasov Yar şəhəri və ona yaxın yaşayış məntəqələri yerləşdikləri yerlərə görə mühüm rol oynayır. Qəsəbə demək olar ki, Artemovska yaxındır, lakin Seversky Donets – Donbass kanalı ilə iki hissəyə bölünür. Şəhərin nəzarətə götürülməsi Slavyansko-Kramatorsk aqlomerasiyasına doğru irəliləməyə imkan verəcək.
Link kopyalandı!
Son xəbərlər