Siyasət
1458
20 Feb 2025 | 14:46

"Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var"

ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkanı var.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Vesti.az-a müsahibəsində bildirib.
 
Brayza Azərbaycanla Ermənistanın sülh razılaşmasına yaxın olduqlarını qeyd edib.
 
“Biz bilirik ki, hər iki tərəf razılığa yaxındır, lakin Paşinyanın ciddi siyasi müqaviməti var. Ümid edirəm ki, Tramp öz töhfəsini vermək istəyir”, - politoloq vurğulayıb.
 
Metyu Brayzanın sözlərinə görə, Tramp hələ ki Vaşinqtonda öz hakimiyyətini gücləndirməyə və Ukrayna ilə Rusiya arasında sülhə diqqət yetirir.
Link kopyalandı!
Son xəbərlər