Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyektlərindən birinə dron hücumu ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hazırda CPC tərəfdən Qazaxıstan neftinə heç bir məhdudiyyət yoxdur, neftin qəbulu qrafikə uyğun olaraq həyata keçirilir.
Məlumatda bildirilib ki, “Tengiz - Novorossiysk” magistral neft kəməri 2025-ci il fevralın 17-də Kropotkinskaya neft nasos stansiyasının iştirakı olmadan tranzit rejimində işə salınıb.
Qeyd edək ki, fevralın 17-də Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya neft nasos stansiyası PUA hücumuna məruz qalıb.
CPC Rusiya, Qazaxıstan və dünyanın aparıcı neft hasilatı şirkətlərinin iştirakı ilə yaradılmış ən böyük beynəlxalq neft nəqli layihəsidir. Bu layihə 1,5 min kilometrdən çox uzunluğu olan magistral boru kəmərinin tikintisi və istismarı üçün yaradılıb.