Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Siyasət
312
18 Feb 2025 | 23:50

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaraya səfər edən Ukrayna prezidenti Vladimir Zelenskini çətirlə qarşılayıb. Zelenskinin Ərdoğanın çətiri altında yağışdan qorunmasını əks etdirən maraqlı kadrlar çəkilib.
 
Türkiyə mediası bu fotonu “Ukrayna üçün Türkiyə çətiri” qeydi ilə paylaşıb. Yerində olan təsbitdir Zelenskinin Ankara səfəri Rusiya ilə mümkün danışıqlarda və Ukraynanın gələcəyinin inşasında Türkiyəni yanlarında görmək/göstərmək məqsədi daşıyır. Bunu bir neçə kontekstdə dəyərləndirmək olar:
 
Birincisi, ABŞ-Rusiya danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır: ABŞ-ın müdaxiləsi fonunda bunun mümkünlüyü bir qədər çətin görünsə də, Ankaranın Moskva ilə münasibətləri və Ukrayna müharibəsində indiyə qədər yeganə uğurlu vasitəçi olması Kiyevin onsuz Moskva ilə danışan Vaşinqton qarşısında əlini gücləndirir və maraqlarının nəzərə alınmadığı masadan qaçmaq imkanlarını artırır;
 
İkincisi, Ukrayna mümkün danışıqlar masasında mövqeləyini gücləndirmək üçün Türkiyəni iştirakçılardan biri kimi irəli sürə bilər;
 
Üçüncüsü, Kiyev mümkün sülhdən sonra Ukraynanın təhlükəsiziyinin təminatında Türkiyənin də iştirakını istəyir: Ankaranın prosesə daxil olması Ukraynaya Qərb/NATO cəbhəsində dəstək perspektivlərini artıran amillərdəndir;
 
Ukrayna Tramp-Putin danışıqlarına təslim olmaq niyyətində deyil və masada daha güclü əyləşmək üçün bütün mümkün variantlardan yararlanmağa çalışır.
 
Asif Nərimanlı
Link kopyalandı!
Son xəbərlər