Paşinyan Şoltsla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
Siyasət
1637
15 Feb 2025 | 14:55

Paşinyan Şoltsla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri məlumat paylaşıb.

O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib.

"Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq", - Paşinyan əlavə edib.

Link kopyalandı!
Son xəbərlər