Rusiya İrəvanla Bakı arasında müzakirələrə dəstək verməyə hazırdır, amma...
1565
14 Feb 2025 | 10:22

Rusiya İrəvanla Bakı arasında müzakirələrə dəstək verməyə hazırdır, amma...

Kreml Ermənistan rəsmilərinin Rusiyanın İrəvan və Bakı arasında müzakirələrdə vasitəçi ola bilməsi ilə bağlı ifadələrinə reaksiya verib.
 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Bakı və İrəvan müstəqil şəkildə danışıqları aparmağa qadirdirlər:
 
"Rusiya İrəvanla Bakı arasında müzakirələrə dəstək verməyə hazırdır, amma bu iki tərəf öz aralarında danışıqları müstəqil şəkildə apara bilərlər", - Peskov qeyd edib. O, həmçinin vurğulayıb ki, Rusiya üçün Cənubi Qafqazın sülh və inkişaf regionuna çevrilməsi çox önəmlidir.
 
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan qeyd edib ki, Ermənistan Azərbaycanla aparılacaq danışıqlarda Rusiyanın vasitəçilik rolunu qəbul etməyə razı olmayacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər