Rusiyadan
Siyasət
795
17:41, Bu gün

Rusiyadan "qonşu ölkələr"ə QİSAS anonsu: Azərbaycanı nə gözləyir? - VİDEO

“Rusiyanın Azərbaycan üçün böyük təhlükə yaratdığını düşünmürəm. Əgər daxildə birliyimiz olmasa, bu, şəraitdən asılı olacaq. Birincisi, Türkiyə ilə, müttəfiqlərimizlə son dərəcə sıx əməkdaşlıq şəraitində olmalıyıq. İkincisi, güclü iqtisadiyyatımız olmalıdır. Üçüncüsü, güclü beynəlxalq əlaqələrimiz və müttəfiqlərimiz olmalıdır. Bunlar olmasa, Rusiya səni onlara sığınmağa məcbur edəcək”.
 
Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev LAF TV-də deyib.
 
“Rusiya Azərbaycana Qarabağla bağlı təzyiqlər edə, etnik separatizmi qızışdıra bilər. Biz bunun əlamətlərini bir dəfə gördük, indi daha ciddi formada baş verə bilər. Ölkəmizin hüquq-mühafizə orqanları vəzifələrini yerinə yetirirlər. Ölkədə əmin-amanlıq, sabitlik, asayiş təmin olunub. İnsanlarımız kifayət qədər ayı-sayıqdırlar. Mən çox istərdim ki, daha da ayıq-sayıq olsunlar”, - millət vəkili qeyd edib.
 
Ətraflı videoda:
 

 

Link kopyalandı!
Son xəbərlər