Bizi sosial şəbəkələrdən izləyin:
Fransa prezidenti Emmanuel Makron Hindistanın baş naziri Narendra Modinin Parisdə keçirilən süni intellekt (AI) sammitində əl sıxmaq cəhdinə məhəl qoymayıb.
Dünya mətbuatı onun bu anlaşılmaz addımı ilə bağlı müxtəlif versiyalar yazırlar.
Bir versiyaya görə, Makron və Modi sammitə birlikdə gəliblər. Sammitdən yayılan görüntülərdə Fransa lideri Hindistanın baş naziri ilə iclasdakı çıxışından əvvəl əl sıxır və onu qucaqlayır. Fotoda görüş iştirakçılarının yanında siyasətçilər də dayanıb. Belə qənaətə gəlinir ki, Makron Modi ilə əvvəl görüşdüyü üçün onunla salamlaşmayıb.
Amma həmin vaxt Fransa prezidenti sammitin digər iştirakçıları ilə əl sıxıb.
Fevralın 10-dan 11-dək Fransada AI sammiti keçirilib . Burada dünya liderləri, şirkət rəhbərləri və alimlər iştirak ediblər.