Burkina Fasonun Prezidenti İlham Əliyevə başsağlığı verdi
Siyasət
998
10 Feb 2025 | 15:59

Burkina Fasonun Prezidenti İlham Əliyevə başsağlığı verdi

Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
 
Moderator.az xəbər verir ki, məktubda deyilir:
 
"Cənab Prezident.
 
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.
 
Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.
 
Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
 
Link kopyalandı!
Son xəbərlər