Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi
Siyasət
456
12:52, Bu gün

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.
 
Moderator.az xəbər verir ki, humanitar yardımı aparan nəqliyyat vasitələri Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola düşüblər.
 
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu məqsədlə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
 
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə uyğun olaraq, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
 
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycandan Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.
 
Yolasalma mərasimində Enegetika Nazirliyinin təmsilçiləri və Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Link kopyalandı!
Son xəbərlər