“Çox istərdim ki, Paşa Holdinqin nəzdində “Qanunvericilik institut”u yaradılsın” - Qüdrət Həsənquliyev
Siyasət
1002
16:55, Bu gün

“Çox istərdim ki, Paşa Holdinqin nəzdində “Qanunvericilik institut”u yaradılsın” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.
 
Moderator.az açıqlamanı təqdim edir:
 
- Qüdrət bəy, 5 fevral 2025-ci il tarixində PAŞA Holdinq və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirildi. Tədbirin açılış mərasimində Azərbaycan Republikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasın Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, PAŞA Holdinqin Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holdinqin Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımova çıxış ediblər. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzularda müzakirələr aparılıb. Mətbuatdan məlumatlıyıq ki, bu cür konfransların keçirilməsi təşəbbüsü ilə siz də çıxış etmişdiniz. Tədbir barədə fikirlərinizi bilmək istərdik...
 
- Doğrudur, Milli Məclisdəki çıxışlarım zamanı və mətbuata verdiyim açıqlamalarda hüquq istimaiyyətinin və dövlətin hüquq siyasətini müəyyənləşdirən və həyata keçirən dövlət orqanlarının, tanınmış hüquqşünasların iştirakı ilə “hüquq və qanunçuluğun mövcud vəziyyəti” mövzusunda elmi-praktik konfransın keçirilməsini təklif etmişdim. Milli Məclisin və Ali Məhkəmənin təşkilatçılığı ilə belə bir konfransın təşkil edilməsinə dair təkliflər də var idi.
 
Çox məmnunam ki, nüfuzlu biznes strukturları da belə konfransların keçirilməsinin vacibliyini qəbul edərək, bu cür təşəbbüslə çıxış edib, qeyd etdiyiniz şəxsləri bir araya gətirərək konfrans təşkil ediblər. Qanunçuluğun inkişafına və hüquq islahatlarının dərinləşdirilməsinə xidmət edən bu cür fəaliyyətlərinə görə onlara təşəkkür edirəm və uğur diləyirəm. Çox istərdim ki, Paşa Holdinqin nəzdində “Qanunvericilik institut”u yaradılsın, həmin institut qanunçuluğun inkişafına və biznes mühitinin təkmilləşdirilməsinə xidmət edəcək konkret qanun layihələrini də ictimaiyyətin və dövlət orqanlarının müzakirəsinə təklif etsin, mütəmadi olaraq belə konfranslar keçirsin.
Link kopyalandı!
Son xəbərlər