Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - ŞƏRH
Siyasət
307
13:22, Bu gün

Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - ŞƏRH

"Digər dövlətlər də Azərbaycan kimi Ukraynaya lazımi avadanlıqlar göndərsəydilər, ölkə indiki qədər ağır vəziyyətdə olmazdı".
 
Moderator.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
Ekspert müharibədən əziyyət çəkən Ukraynaya Azərbaycanın humanitar yardımlarına diqqət çəkib:
 
“Azərbaycandan Ukraynaya 1 milyon dollar dəyərində növbəti humanitar yardımın ayrılması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünə təsadüf edib. Azərbaycanın Ukraynaya budəfəki humanitar yardımı da elektrik avadanlıqlarından ibarətdir. Bu, Ukrayna üçün vacibdir. Çünki Rusiya raket və dron zərbələri ilə Ukraynanın elektrik mərkəzlərini sıradan çıxarmağa çalışır ki, ukraynalılar qış aylarında evlərini qızdıra bilməsinlər.
 
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı gündən bəri Azərbaycan bu ölkəyə 40 milyon dəyərində humanitar yardım göndərib. Əlbəttə, bu ABŞ və Avropa dövlətlərinin Ukraynaya göndərdiyi yardımların fonunda kiçik rəqəm kimi görülə bilər. Ancaq digər dövlətlər də Azərbaycan kimi Ukraynaya lazımi avadanlıqlar göndərsəydilər, ölkə indiki qədər ağır vəziyyətdə olmazdı.
 
Ukraynada müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ukraynalı uşaqların tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana səfərlərinin davam etdirilməsi də əhəmiyyətlidir”.
 
Xatırladaq ki, Azərbaycan Prezidenti İham Əliyev fevralın 5-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə ölkədə istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon dollar vəsait ayrılıb.
 
Link kopyalandı!
Son xəbərlər