Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistan Aİ-nin missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurada müzakirələr zamanı deyib.
“Azərbaycan üçüncü ölkənin qoşunlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməli olduğunu bildirir və açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurur. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiyası həyata keçirilmiş hissələrində onların yerləşdirilməməsini təklif edirik”, - hökümət başçısı vurğulayıb.