Almaniyada yaşayan azərbaycanlı Bob Menendezlə bağlı ABŞ Senatına müraciət edib
Siyasət
271
13:20, Bu gün

Almaniyada yaşayan azərbaycanlı Bob Menendezlə bağlı ABŞ Senatına müraciət edib

Almaniyanın Herford şəhərində yaşayan azərbaycanlı, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən Moderator.az-a verilən məlumata görə, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb.
 
Həmçinin, müraciətdə Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda, ABŞ-nin öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi qeyd olunub.
 
Asəf Askar müraciətində xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib. ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.
 
Qeyd edək ki, Bob Menendez ABŞ Nümayəndələr Palatasının üzvü, ABŞ Senatının üzvü, Senatda Xarici Əlaqələr Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında korrupsiya və rüşvətxorluq ittihamları əsasında 11 il həbs cəzasına məhkum edilib. O, siyasi fəaliyyəti boyu Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyib və Azərbaycana qarşı düşmən mövqedə olub.
 
Link kopyalandı!
Son xəbərlər