Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıldı
1469
03 Feb 2025 | 14:07

Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıldı

Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik edilib.
 
Parlamentin bugünkü iclasında müzakirə olunan layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilib.
 
Layihə səsə qoyularaq qəbul edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər