Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbəri bizi dərindən kədərləndirdi.
Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik.
Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir", - paylaşımda belə qeyd olunub.