ABŞ-dən mesaj: “İlin ikinci yarısında Azərbaycan və Ermənistan arasında...”
Siyasət
434
15:31, Bu gün

ABŞ-dən mesaj: “İlin ikinci yarısında Azərbaycan və Ermənistan arasında...”

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir faktı vurğulayır ki, tərəflər sazişin imzalanmasına nəzəri cəhətdən yaxın olsalar da, sərhədlərin delimitasiyası məsələləri imzalanmanı ləngidə bilər.
 
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzinin təhlilində deyilir.
 
ABŞ mərkəzinin fikrincə, delimitasiya prosesi dayandırılarsa, ilin ikinci yarısında Ermənistan- Azərbaycan sərhədində gərginlik arta bilər. Amma amerikalı analitiklər yaxın gələcəkdə ciddi eskalasiya riskinin kifayət qədər aşağı səviyyədə qalacağını deyirlər.
 
Həmçinin “Stratfor” qeyd edir ki, dəhliz və ya konstitusiyaya düzəlişlər kimi sülh sazişində nəzərdə tutulmayan məsələlər də sülh prosesini ləngidə bilər.
 
Dünən Paşinyan bildirmişdi ki, layihədəki 17 maddədən 15-ni razılaşdırılıb:
 
“Yəni iki fikir ayrılığı var. Biri üçüncü ölkə qüvvələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Təklif edirik ki, bu, sərhədin demarkasiya olunmuş hissələrində tətbiq edilsin. Digəri müəyyən şərait və şərtlər daxilində bizim üçün məqbul sayıla biləcək mübahisələrin beynəlxalq qurumlardan (məhkəmələrdən) geri götürülməsi mövzusudur”.
 
Ermənistan baş naziri qeyd etmişdi ki, bir tərəf iddiasından geri çəkilsə, digəri götürməsə, bu, tərəflər arasında eskalasiyaya gətirib çıxara bilər.
 
Link kopyalandı!
Son xəbərlər