Türkiyənin yeni səfiri səlahiyyətlərinin icrasına başladı
Siyasət
293
14:12, Bu gün

Türkiyənin yeni səfiri səlahiyyətlərinin icrasına başladı

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi "X" hesabında məlumat yayıb.
 
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
 
Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.
 
Link kopyalandı!
Son xəbərlər