Paşinyan:
Siyasət
327
16:53, Bu gün

Paşinyan: "Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməyə hazırdır"

"Ermənistan tərəfi ATƏT-in Minsk qrupu çərçivəsində beynəlxalq danışıqlar formatının buraxılmasına razılıq verməyə hazırdır".
 
Moderator.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
 
"ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, münaqişəyə xidmət edən formatın mövcudluğunun mənası nədir? Lakin biz əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk qrupunun buraxılması eyni məna daşıyır", - deyə o bildirib.
 
Link kopyalandı!
Son xəbərlər