Bizi sosial şəbəkələrdən izləyin:
Qondarma Abxaziyada hakimiyyəti ələ keçirən şəxslərin Rusiya vətəndaşlığı ləğv olunur.
Moskva de-fakto qondarma respublikanın prezidentliyinə namizəd Levan Mikaanı Rusiya vətəndaşlığından məhrum edib.
Bir həftə öncə isə qondarma parlamentin deputatı Kana Kvarçiayaya qarşı bənzər addım atılıb.
Gürcüstan mətbuatına açıqlama verən politoloq müxalif siyasətçilərin vətəndaşlığının ard-arda əlindən alınmasını Moskvanın təzyiq vasitəsi adlandırıblar. İndiyə qədər Rusiya vətəndaşlığı ləğv edilən abxaz siyasətçilərinin sayı 5 nəfərdir. Onların hamısı 2024-cü ildə qondarma rejimdəki hakimiyyət dəyişikliyində aktiv iştirak ediblər.
Qondaram rejimdə de-fakto prezident öhdəliklərini icra edən Valeri Bqanba isə yaranan vəziyyətlə bağlı araşdırma aparılmasını tapşırıb. Bununla belə siyasətçilərin vətəndaşlığının ləğvindən sonra onların Rusiya ərazisinə girişinin də qadağan olunması nəzərdə tutulub.
Qeyd edək ki, Abxaziyada müxalifət hakimiyyətə gəldikdən sonra Rusiya ilə vəziyyət gərginləşib. Qondarma respublikanın sakinlərinin hazırda xaricə yeganə çıxış yolu məhv Rusiya pasportları vasitəsilədir.