Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hökumətinin növbədənkənar parlament seçkiləri keçirmək niyyətində olmadığını bildirib.
O, bu barədə ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.
Paşinyan qeyd edib ki, növbədənkənar seçki mövzusu mütəmadi olaraq müzakirə olunur, lakin hazırda bu, hakimiyyətin planlarına daxil edilməyib:
“Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq”.