Kaya Kallas Bakıya GƏLİR
Siyasət
1558
26 Jan 2025 | 00:09

Kaya Kallas Bakıya GƏLİR

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.
 
Bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.
 
“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.
 
Azərbaycan Xarici İşlər Nazirliyi isə K.Kallasın səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.
 
Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borrelli əvəz edib.
Link kopyalandı!
Son xəbərlər