Xarici İşlər Nazirliyi inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elan edir
Siyasət
450
23 Jan 2025 | 16:54

Xarici İşlər Nazirliyi inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elan edir

Azərbaycanın Xarici İşlər Nazirliyi inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.
 
Bildirilib ki, vakant inzibati vəzifə Xarici İşlər Nazirliyinin Əmlakların idarə olunması və informasiya təhlükəsizliyi idarəsində İnformasiya mübadiləsinin təminatı şöbəsinin baş məsləhətçisi vəzifəsidir.
 
2025-ci il 21 fevral saat 18:00 sənədlərin qəbulu üçün müəyyən edilmiş son tarixdir.
 
Vakansiya ilə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər