ADP qardaş Türkiyə xalqına başsağlığı verdi
Siyasət
551
17:15, Bu gün

ADP qardaş Türkiyə xalqına başsağlığı verdi

ADP Türkiyə  dövlətinə və xalqına başsağlığı ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, başsağlığında deyilir: 
 
"Azərbaycan Demokrat Partiyası Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın faciəli şəkildə həyatını itirməsindən sarsıldığını bildirir və həlak olanların doğmalarına, yaxınlarına, bütövlükdə qardaş Türkyə xalqına dərin hüznlə baş sağlığı verir, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara, ciddi xəsarət alanlara tezliklə sağalmaları üçün şəfa diləyir. 
 
ADP baş verən faciədən dolayı bu ağır, hüznlü günlərdə dövlətimizi, xalqımızı qardaş Türkiyənin yanında olmağa, həlak olanların, yaralıların ailələrinə hər cür dəstək verməyə və hər bir insan üçün təsəlli olan dualarını əsirgəməməyə çağırıb. 
 
Başın sağ olsun, əziz Türkiyəmiz!"
Link kopyalandı!
Son xəbərlər