Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub - İlham Əliyev
Siyasət
439
16:26, Bu gün

Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub - İlham Əliyev

"Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib.
 
Dövlət başçısı bildirib ki, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib.
 
Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
 
Link kopyalandı!
Son xəbərlər