Bizi sosial şəbəkələrdən izləyin:
İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib.
Moderator.az İSNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib.
Məlumata görə, hökm icra üçün Tehran məhkəməsinə göndərilib. İnformasiyaya əsasən, müttəhimin valideynləri onunla görüşə gələndən sonra hökm icra olunacaq.