Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün yanvarın 23-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.
Moderator.az bildirir ki, bu barədə MM-dən məlumat verilib.
Millət vəkili ATƏT Parlament Assambleyasının yanvarın 24-də keçiriləcək Büro iclasında qaldırılacaq məsələlərin müzakirəsinə qatılacaq.
Səfər yanvarın 25-də başa çatacaq.