Bizi sosial şəbəkələrdən izləyin:
Baş nazir İrakli Kobaxidze Gürcüstan və gürcü xalqına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, İrakli Kobaxidze Prezident İlham Əliyevə və Baş nazir Əli Əsədova səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.
“Bizim üçün bu dostluq və münasibətlərin daha da dərinləşməsi son dərəcə vacibdir. Bu, həm bizim, həm də əminəm ki, Azərbaycanın strateji maraqlarına xidmət edir. Bir daha Prezident İlham Əliyevə Gürcüstan və gürcü xalqına göstərdiyi dəstəyə və Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürümü bildirirəm,” - Baş nazir Kobaxidze bildirib.